Rauf Əliyev Fevralın ən yaxşısıdır
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5307.jpg)
20 Apr 2011
Rauf Əliyev Fevralın ən yaxşısıdır
Premyerliqanın rəsmi sponsoru olan `Unibank` tərəfindən çempionatın fevral və mart ayları üçün ən yaxşıları müəyyən olunub. `Uniplaza`da təşkil olunmuş tədbirdə qaliblərin təltifetmə mərasimi keçirilib. Kütləvi İnformasiya Vasitələrinin iştirakıyla keçirilən mərasimdə fevral və mart aylarının qalibləri seçilib. İlk olaraq Fevral ayının qalibi təltif olunub. Sevindirici haldır ki, ilin 2-ci ayında keçirdiyi bütün oyunlarda qələbə qazanan `Qarabağ`ımızın forvardı Rauf Əliyev ayın ən yaxşı oyunçusu seçilib. 21 yaşlı forvardımız KİV və klub baş məşqçiləri ilə kapitanlarının səsverməsində tarixində ilk dəfə bu uğura sahib çıxıb. Tədbirdə iştirak edən Peşəkar Futbol Liqasının (PFL) ictimayyətlə əlaqələr departamenti rəhbəri Aslan Şahgəldiyev Raufun seçilməsiylə bağlı bu fikirləri bildirdi:` Yadıma gəlir ki, mövsümöncəsi keçirilən tədbirdə jurnalistlər Qurban Qurbanovdan niyə əcnəbi hücumçu almadığını soruşmuşdu. Qurban müəllim də yerlilərə şans verməyin vacibliyindən danışmışdı. Sevindirici haldır ki, gənc azərbaycanlı futbolçu ayın ən yaxşı seçilir. Bəlkə, o vaxt əcnəbi futbolçu alınsaydı indi Rauf indi ehtiyat oyunçular skamyasında oturmuşdu.`
Ardınca isə Raufun mükafatı verildi. Forvardımız millinin tərkibində Almaniyaya yollandığından onun mükafatını `Qarabağ`ımızın nümayəndəsi Nurlan İbrahimov aldı. Rauf üçün 1111 AZN pul mükafatı və kubok təqdim edildi.
Mart ayında isə ən yaxşı `Neftçi`nin ön xətt oyunçusu Flavinyo seçilib.