Rauf Əliyev: `Hədəfim azı 10 qoldur`. Video
Rauf Əliyev: `Hədəfim azı 10 qoldur`. Video
`Qarabağ`ımız son turda MOİK-i 3:0 hesabıyla keçərkən komandamızda dubl edən Raufun qələbədə böyük payı oldu. 21 yaşlı forvard cari mövsüm vurduğu qolların sayını 4-ə çatdırmaqla yanaşı, çempionatda ilk dəfə dubla sevindi. Buna qədər isə Rauf bir dəfə dubl etmişdisə bu 2007-2008 mövsümündə 19 yaşında `İnter`lə kubok mücadiləsinə təsadüf etmişdi. Ötən mövsüm aktivinə 5 qol yazdıran Rauf cari mövsüm daha uzağa getməyi planlaşdırır. 21 yaşlı milli üzvünü dinləyək: Son turda ilk dəfə premyerliqada dubl etdim. Hətta het-trik etmk imkanım da oldu. İnanıram ki, getdicə daha qol vuracağam. Ötən mövsümlə müqayisədə indi meydana daha çox çıxıram. Qurban müəllimin mənə inanması məni daha da yaxşı oynamağa kökləyir. İnşallah, bu il hədəfim ən azı qol vurmaqdı. Təbii ki, ilk növbədə `Qarabağ`ın uğuru daha önəmlidi. Komandamın uğurunu şəxsi nailiyyətimdən daha üstün sayıram.`
Raufun `Qarabağ`da ilk dublu: 07.03.2008