Rauf Əliyev:`Daha bir belə uğur qazanmaq istərdim`.
20 Apr 2011
Rauf Əliyev:`Daha bir belə uğur qazanmaq istərdim`.
Fevral ayının ən yaxşısı seçilən Rauf Əliyev bu münasibətlə saytımıza açıqlama verib:` Təbii ki, belə uğur futbolçu üçün sevindiricidir. Son 2 ayda uğurlu çıxış etdiyimizə görə mükafatı `Qarabağ`dan hansısa futbolçu alacağınını gözləyirdim. Elə Martda da keçirdiyimiz bütün oyunlarda qələbə qazanmışdıq. Mükafatın mənə çatmasına gəlincə, deyərdim ki, Adamiya Rəşad Sadiqov, Vüqar Nadirov da bu mükafatı ala bilərdi. Bu mənim ilk belə uğurumdu. Qarşıdakı zamanlarda daha belə bir uğur qazanmaq istərdim. Səsverənlərin hər birinə öz təşəkkürümü bildirirəm. Mənə göstərilən etimad məni daha da ruhlandırdı.