Rauf ilin ən yaxşısı seçildi
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Rauf ilin ən yaxşısı seçildi
Bu gün 2011-ci ilin ən yaxşı futbolçularını mükafatlandırılması mərasimi keçirilib. AFFA-nın İçərişəhərdəki `ART Garden` restoranında təşkil etdiyi tədbirdə milli komandaların ən yaxşıları mükafatlandırılıb.
Saat 12:30-da başlayan tədbirdə ənənəvi olaraq müxtəlif nominasiyalar üzrə qaliblərin adları məlum olub. Milli komandanın ən yaxşı futbolçusu, ən çox matç keçirən oyunçusu və qapıçısı ilə yanaşı, ilin ən yaxşı qadın, çimərlik futbolçusu, futzalçısı müəyyənləşib.
Milli komandada ən çox oyun keçirən futbolçular Rəşad Sadıqovla Kamran Ağayev (9 oyun) olub. Ağayev həm də yığmamızın ən yaxşı qapıçısı seçilib. Onlara mükafatı veteran futbolçu İsgəndər Cavadov təqdim edib.
17 yaşadək qızlardan ibarət yığmanın ən yaxşı futbolçusu – Əminə Heydərova olub. O, mükafatını UNİSEF-in nümayəndəsi Mark Hervartdan alıb.
İlin ən yaxşı futzalçısı Vitali Borisovdur. Ona mükafatı Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov verib.
İlin ən yaxşı futbolçusu isə Rauf Əliyev olub. Hücumçu mükafatını millinin baş məşqçisi berti Foqtsdan alıb.
Çimərlik futbolunda ən yaxşı adı Elvin Quliyevə nəsib olub.
Sonda qaliblər xatirə şəkli çəkdirib və tədbir başa çatıb.