Rauf Mehdiyevlə serbiyalı qapıçının fərqi (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Rauf Mehdiyevlə serbiyalı qapıçının fərqi (apasport.az)
“Qarabağ”ın qapıçısı Boyan Pavloviç ardıcıl 9-cu çempionat oyununda da qapısını toxunulmaz saxlayıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın XXIII turunun “Xəzər Lənkəran”la görüşündə (1:0) qol buraxmayan serbiyalı qolkiper “quru seriya”sını 812 dəqiqəyə çatdırıb.
Sonuncu dəfə 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə (1:2) qapısında qol görən Pavloviçi həmin qarşılaşmanın 88-ci dəqiqəsində Flavinyo məyus etmişdi. Azərbaycan çempionatları tarixində 7-ci nəticəyə malik olan qolkiper son oyun sayəsində 13-cü yerdən 6 addım irəliləyib.
Bununla, qapıçı artıq Rauf Mehdiyev, Dmitri Kramarenko, Elşən Poladov, Nadir Şükürov və Aleksandr Martyoşkini də arxada qoyub. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən tərtib olunan dünyanın ən uzun “quru seriya”ları üçün cədvəldə adı 2 dəfə hallanan Kramarenko və Mehdiyevin hər 2 nəticəsi serbiyalınınkından aşağıdır.
Azərbaycan çempionatının ən uzun “quru seriya”ları
1. Nizami Sadıqov (“Turan”) – 1106 dəqiqə
2. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 985
3. Xalidu Sissoko (Seneqal, “Bakı”) – 971
4. Camaləddin Əliyev (“Qarabağ”) – 958
5. Pavel Doroşev (Latviya, “Qəbələ”) – 952
6. Elxan Həsənov (“Neftçi”) – 943
7. Boyan Pavloviç (Serbiya, “Qarabağ”) - 812
8. Dmitri Kramarenko (“Karvan”) – 798
9. Dmitri Kramarenko (“Neftçi”) – 772
10. Rauf Mehdiyev (“Olimpik”) – 746
11. Elşən Poladov (“Bakı”) – 744
12. Nadir Şükürov (“Dinamo”) – 741
13. Aleksandr Martyoşkin (Belarus, “Xəzər Lənkəran”) – 735
14. Kamran Ağayev (“Xəzər Lənkəran”) – 720
15. Camaləddin Əliyev (“Qarabağ”) – 700
16. Rauf Mehdiyev (“Olimpik”) – 676