Rauf oynayacaq...
23 Noy 2010
Rauf oynayacaq...
Sonuncu turda AZAL-la oyunun sonlarında zədələnən Rauf Əliyev zədələnməsinə baxmayaraq matçın sonlarına qədər meydanda qalmışdı. 21 yaşlı forvardın ayağının müayinəsindən sonra xoşbəxtlikdən ciddi xəsarət qeydə alınmadığı məlum olub. Rauf sabahdan etibarən məşqlərə başlayacaq:` AZAL-la oyunun sonlarına yaxın rəqiblə toqquşdum. İlk anda ayağımda ciddi ağrı hiss etdim. Buna baxmayaraq meydanda qaldım. Amma şükürlər olsun ki, tibbi müayinə zamanı ayağımda ciddi bir şey olmadığı müəyyənləşdi. İndi artıq yaxşıyam. Heç bir ağrı hiss etmirəm. Sabahdan artıq məşqlərə başlayacam`. Rauf eyni zamanda bazar günü baş tutacaq `Neftçi` ilə oyuna da toxundu:`Neftçi` cari mövsüm olduqca yaxşı təsir bağışlayır. `Ağ-qara`lar çempionluğun ən böyük namizədidi. Amma biz həmişə `Neftçi`yə qarşı yaxşı oynamışıq. Maraqlı oyun olacağına inanıram. Rəqib lider olsa da, meydana 3 xal üçün çıxacağıq. `Qarabağ`ı silmək hələ tezdir`