Raufdan dubl, ardıcıl 4-cü qələbə
Raufdan dubl, ardıcıl 4-cü qələbə
`Qarabağ`ımız çətin Lənkərana səfərinə ümidlə yollanmışdı. Axı, hər nə qədər olsa da, cənub klubuyla komandamızın oyunu hər zaman xoş xatirələrlə yaddaşa köçür. Üstəlik, `Qarabağ`ımız daim `Xəzər-L`ə qarşı yaxşı oyunuyla yadda qalıb. Bu dəfə də ənənə pozulmadı. Artıq ilk ciddi hücumdaca Rauf şıq hərəkətlə müdafiəçidən sıyrıldı və reyd edərək görüşdə ilk qolunu vurdu. Düzdü, çox keçmədən Alim Qurbanov baxımlı zərbəylə hesabı bərabərləşdirdi. Amma komandamız qələbəyə iddialıydı. 2-ci yarıda komandamızın baş məşqçisi Qurban Qurbanov dahiyanə gedişləri özünü doğrultdu. Oyuna daxil olan Adamiya və Elvin oyunu canlandırdı. Sona 15 dəqiqə qalmış Aqollinin başladığı hücumda Sadiqov Raufa unikal paslarından birini verdi. Rauf isə bir daha fərdi bacarığını nümayiş etdirirək komandamızı növbəti dəfə hesabda önə çıxardı. BU artıq son idi və komandamız dekabrda keçirdiyi bütün oyunlarda qələbə qazanaraq ardıcıl 4-cü qələbəsini qazandı. Artıq komandamızı 3-cü pillədən cəmi 1 xal ayırır. Beləliklə, komandamız düz 2 il sonra yenidən `Fırtınalar meydanında` qələbə qazanaraq fərqini bir daha ortaya qoydu.
Raufun qələbə gətirən qolları...
http://www.qarabagh.com/1987/?name=videosif&lang=1