Raufun 5-i, `İnter`in davamı
7 May 2012
Raufun 5-i, `İnter`in davamı
`Qarabağ`ımız premyerliqanın 31-ci turunda `İnter`lə qarşılaşırdı. Son oyunlarda uğursuzluq zolağına düşən komandamız `bankir`lərlə oyunda 3 xala köklənmişdi. Komandamız oyuna itkilərlə çıxmışdı. Əfran İsmayılov zədə, Maksim Medvedev isə cəza üzündən oyunu buraxmalı olmuşdu. Amma `Qarabağ`ımız ruhunu bir daha ortaya qoydu.
Oyunun ilk dəqiqələrindən komandamız ərazi üstünlüyünü ələ keçirdi. Topu rəqibə verməyən komandamız sağlı-sollu hücumlarla rəqib qapısına yol axtarırdı. Bütün cəhdlərimizə baxmayaraq ilk yarıda hesab açılmadı. Üstəlik, hakim Fariz Yusifov rəqibin əlinə dəyən top sonucunda penalti də təyin etmədi.
İkinci yarıya hücumlarla başlayan komandamız ilk 10 dəqiqədə rəqibi öz qapsına sıxdı. Amma top qapıdan keçmək istəmirdi. Az sonra komandamızın baş məşqçisi Qurban Qurbanov Rauf Əliyevi döyüşə atdı. Yenidən hüum xəttini canlandıran komandamız öncə Adamiya ilə tirin möhkəmliyini yoxladı. Amma böyük üstünlüyümüz nəhayət sona 15 dəqiqə qalmış öz nəticəsini verdi. Vüqar Nadirovun sağ cinahdan yerlə ötürməsini Rauf Əliyev tora göndərdi. Bu 23 yaşlı forvardın mövsümdə vurduğu 5-ci qol oldu. Oyunun geridə qalan müddətində başqa qol olmayınca komandamız yenidən 3 – cü pilləyə yüksəldi. Bu qələbə `İnter` üzərində uğurlu seriyanın davamını gətirdi. Cari mövsüm `bankir`lərlə 4-cü dueldə də məğlubiyyət görmədik.
Qələbə eyni zamanda komandamıza 42 gün sonra 3 xal gətirdi. Sonuncu dəfə Martın 24-də komandamız `Bakı`nı səfərdə məğlub etmişdi.