Raul 70-ə çatdı, mütləq rekordçu oldu

single-news
16 Fev 2011

Raul 70-ə çatdı, mütləq rekordçu oldu



Almaniyanın `Şalke 04` klubunun futbolçusu Raul Qonsales Avropa Kuboklarında yeni məhsuldarlıq rekordu müəyyənləşdirib. Raul 70-ci qolunu Çempionlar Liqasının ilk 1/8 final matçında İspaniya `Valensiya`sının qapısından keçirib.  Karyerasnını böyük qismini `Real`da keçirən ispaniyalı forvard bununla da almaniyalı Herd Müllerə məxsus 69 qol rekordunu təzələyib.
Qeyd edək ki, `Valensiya` – `Şalke 04` matçı heç-heçə ilə nəticələnib – 1:1.
Çempionlar liqasının digər 1/8 final oyununda isə `Milan` öz meydanında `Tottenhem`hə 1:0 məğlub olub.

Paylaş

// pop up