RAUL YIĞMAYA ÇAĞIRILMADI

single-news
1 Fev 2008

RAUL YIĞMAYA ÇAĞIRILMADI



İspaniya yığma komandasının baş məşqçisi Luis Araqones cümə günü heyətə cəlb olunacaq oyunçuların adlarını açıqlayacaq. Araqones bildirib ki, fevralın 6-da Fransa ilə keçiriləcək yoldaşlıq görüşündə Raul və Quti yer almayacaqlar. Məşqçi bunu da bildirib: “Hazırda Qutinin mövqeyində çıxış edən futbolçu ondan daha güclüdür. Mən yığmaya yalnız layiqli oyunçuları çağırmağı davam etdirirəm. Əgər hər hansı bir futboçu İspaniya üçün önəmli olduğunu  göstərərsə, o zaman yığmaya dəvət özünü çox gözlətməyəcək. Ümumiyyətlə, komandada əvvəlki heyətin futboçuları çıxış edəcəklər. Fransayla fevralın 6-sı baş tutacaq oyunda yığmada cəmi bir yeni oyunçu görəcəksiniz”.

Paylaş

// pop up