Rayan Qiqqz Respublika stadionu və"Azərsun Arena"da olub

single-news
24 Fev 2020

Rayan Qiqqz Respublika stadionu və"Azərsun Arena"da olub



Avro-2020 qrup mərhələsinin oyunlarını Bakıda keçirəcək Uels millisinin nümayəndə heyəti Bakıdadır. Yığmanın baş məşqçisi Rayan Qiqqz bu gün ilk olaraq Tofiq Bəhramov adına Respublika stadionu, daha sonra isə klubumuzun bazası və "Azərsun Arena"da olub. Klubumuzun baş meneceri Asif Əsgərov tərəfindən "Mançester Yunayted"in əfsanəsinə adı yazılmış "Qarabağ"ımızın forması hədiyyə olunub. Qiqqz sonda komandamızın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.

Paylaş