“REAL” 30-A QOVUŞDU

single-news
18 İyn 2007

“REAL” 30-A QOVUŞDU



Böyük “5”lik çempionatlarında sonuncu birincilik axır ki, baş çatdı. Son tura kimi amansız mübarizə girişən əzəli və əbədi rəqiblər “Real” və “Barselona” mücadiləsindən “Real” çempion kimi ayrıldı. Son tur öncəsi hər iki komandanın eyni xalı olsa da şəxsi oyunlarda rəqibini üstələyən kral klubu “Malyorka”nı ikinci yarıda vurduğu qollarla məqlub edərək  tarixində 30-cu dəfə qızıl medalları qazandı. Amma hər şey başqa cür də sonuclana bilərdi. Belə ki, ilk yarıda “Malyorka”dan qol buraxan Kapellonun yetirmələri çox keçmədən ən böyük silahı Van Nisterloyu da zədə ucbatından itirdi. “Barselona” isə bu vaxtı səfərdə “Ximnastik”in qapısından 3 cavabsız top keçirərək matçın taleyini həll etmişdi. İkinci yarıda “Real”ın cəhdləri Reyes meydana girənə kimi bir bəhrə vermədi. Lakin, “Arsenal”dan alınan ispan topa ilk toxunuşunu qolla bitirdi. “Sınan” qonaqları daha iki dəfə məyus etmək mümkün oldu. Öncə Diarra, ardından isə Reyes dublunu rəsmiləşdirdi. Beləliklə, “Real” tarixində 30-cu dəfə qızıl medallar sahib çıxaraq “Barselona”nın 2 illik hegemonluğuna son qoydu.

Paylaş

// pop up