REAL BAŞ MƏŞQÇİSİZ QALDI . . .
6 Dek 2005
REAL BAŞ MƏŞQÇİSİZ QALDI . . .
İspaniya çempionatının son turu da sensasiyasız ötüşmədi. Amma bu sensasiya hər hansı bir oyunun nəticəsinə görə olmadı. "Hetafe" üzərində 1:0-lıq qələbədən sonra Madrid "Real"ının baş məşqçisi Vanderley Luşenburqu istefa verdi. Əslində rəhbərliyin bu qərarı "Barsa" üzərində 0:3-lük məğlubiyyətdən sonra verildiyi deyilir. Amma 11 aylıq məşqçilik dövründə o qədər də uğuru ilə yaddaqalmayan Luşenburqu istefaya göndərildi.
Dünən "Real" Bosslarının bir araya gəldiyi xüsusi görüşdən sonra hələlik komanda köməkçi məşqçi olan Xuan Ramon Lopes Karoya tapşırıldı. Rəhbərliyin açıqlamasında deyilir: "Bundan sonra Luşenburqu komandanın baş məşqçisi deyil və biz bu qərarla komandamızın kapıtanı Raulu da məlumatlandırmışıq. Bu gündən müxtəlif variantlar içindən ən münasibini seçib, tez bir zamanda yeni Baş Məşqçinin adını açıqlayacağıq."