"REAL" OPARENİ DƏ ALIR

single-news
29 Yan 2008

"REAL" OPARENİ DƏ ALIR



“Liverpul” rəhbərliyi Daniel Opare uğrunda mübarizədən geri çəkilib. Bununla da 17 yaşlı futbolçunun karyerasını İspaniyada davam etdirmək ehtimalı artıb. Hazırda Afrika Millətlər Kubokunda çıxış edən Qana yığmasının sıralarında olan yeniyetmə müdafiəçi tezliklə Avropada top qovmaq arzusundadır. Ölkəsinin “Asante Kotoko” komandasının şərəfini qoruyan Danielin “Real”la müqaviləsini tezliklə rəsmiləşdirəcəyi gözlənilir. Britaniya KİV-nə inansaq, o, İspaniya çempionatının lideri ilə 6 illik müqavilə imzalayacaq. O da xəbər verilir ki, “Kral klubu” afrikalı  fyurbolçunun transferi üçün “Asante Kotoko”ya 1.5 milyon avro ödəməyə hazırdır.

Paylaş

// pop up