`Real` xaçdan imtina etdi
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5604.jpg)
10 Apr 2012
`Real` xaçdan imtina etdi
`Real` rəhbərliyi qeyri-adi qərar qəbul edib. Madrid təmsilçisi öz emblemini dəyişməyi lazım bilib.
Uzun illərdir klubun rəmzində əks olunan xaç emblemdən çıxarılıb. Klub rəhbərliyi bunu `Real`ın müsəlman aləmində populyarlaşmasına xidmət etdiyini iddia edir.
Qərarı tənqid edənlər isə bu addımı heç də biznes naminə atılmadığını düşünür. Onların fikrincə, bu, İslam dininin növbəti qələbəsidir. Avropanın ən titullu klubu olan `Real` isə `Barselona`nın başına gələnlərdən nəticə çıxarıb. Belə ki, bir müddət əvvəl Kataloniya təmsilçisi emblemində xaç olduğundan, ərəb ölkələrində atribut satışını əldən vermişdi.
Qeyd edək ki, Real Çempionlar Liqasının 9 qat qalibi olmaqla Avropa rekordçusudur.