`Real`da daha bir türk

single-news
20 May 2011

`Real`da daha bir türk



İspaniyanın `Real Madrid` klubu Nuri Şahinin ardından Almaniyanın `Bavariya` klubunda çıxış edən Türkiyə yığmasının daha bir futbolçusu Hamit Altıntopla müqavilə bağlayıb. Artıq, bu barədə `kral klubu`nun rəsmi saytı xəbər yayıb.

Madrid təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 4 il müddətinə anlaşıb. Bu keçid qarşılığında `Bavariya`ya pul ödənilməyəcək. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, Hamit Altıntop FİFA tərəfindən 2010-cu ilin ən gözəl qolunun müəllifi seçilib. Altıntop `Bavariya`nın heyətində 2 dəfə Almaniya çempionu və Kubokunu, bir dəfə Almaniya Superkubokunu və Liqa Kubokunu qazanıb.
Xatırladaq ki, bu `Real`ın müqavilə bağladığı Nuri Şahin və Həmit Altıntopla yanaşı Madrid klubunda ötən mövsümündən etibarən Məsut Özil də top qovur. Belə də, XX əsrin ən güclü klubunda türk futbolçuların sayı 3-ə yüksəldi.

Paylaş

// pop up