"REAL"DAN Thierry Henry ÜÇÜN REAL TƏKLİF

single-news
14 İyn 2005

"REAL"DAN Thierry Henry ÜÇÜN REAL TƏKLİF



Madrid "Real"ının prezidenti Florentino Peres London "Arsenal"ının hücumçusu olan Thierry Henry üçün 65 milyon avro təklif edib. Fransız futbolçu isə, hələ əvvəllər heç bir Kluba keçmək fikri olmadığını vurğulamaqla yanaşı, dostluq etdiyi Roberto Karlos və Zinəddin Zidanla bir komandada oynamaq istədiyini də dilə gətirmişdir. Bu futbolçuların isə, "Real"da oynaması Thierry Henry-nin dolayısı ilə "Real"a keçmək istədiyinin bir göstəricisi idi. İspan rəhbərliyi isə, "Thierry Henryni almaq o qədər də asan başa gəlməyəcək" deməklə yanaşı, vurğulamışlar ki, "futbolçu "Arsenal"dan ayrılan kimi, onu "Real"lı saymaq lazımdır. Çünki, onun ilk alıcısı biz olacağıq". Xatırladaq ki, əvvəllər fransız futbolçu ilə, "Barselona" da maraqlanırdı. Lakin tərəflər qiymətdə razılığa gələ bilməmişdilər.

Paylaş