RƏHBƏRLƏR NƏ DEDİ?

single-news
21 Noy 2008

RƏHBƏRLƏR NƏ DEDİ?



İki gün sonra Premyerliqanın 12-ci turunun ən önəmli matçı “Xəzər-Lənkəran” – “Qarabağ” oyunu keçiriləcək. Bu prinsipial derbidən öncə hər iki tərəfin tək hədəfi var qalibiyyət. Hər iki klubun rəhbər şəxsləri mətbuata verdikləri açıqlamalarında oyuna 3 xal üçün çıxacaqlarını bildirib. Klubumuzun direktoru Işık Emrah Çelikel oyun haqqında fikirlərini söyləyib:” Bizim üçün çox vacib qarşılaşmadır. Sadəcə hədəflərimizi davam etdirmək üçün. Kollektivin əhval-ruhiyyəsi   çox yüksəkdir. Qələbə üçün meydana çıxacıq. Amma oyun ətrafında bu qədər ajiotaj yaratmaq da lazım deyil.”

“Xəzər-Lənkəran”ın vitse-prezidenti Araz Nəsirovun açıqlaması belədir:” Bu matç bizim üçün çox əhəmiyyətlidir. Amma hamının düşündüyü mənada yox. Prinsipialdır, o mənada ki, çempionluğa oynayırıq və bu baxımdan 3 xal bizim üçün çox vacibdir. Başqa hər hansısa prinsipiallıqdan söhbət belə gedə bilməz. Başqa komandalara necə baxırıq və necə hazırlaşırıqsa, “Qarabağ”a da o cür.

 

Paylaş

// pop up