Rekordlardan doymayan Azərbaycan klubu (apasport.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
Rekordlardan doymayan Azərbaycan klubu (apasport.az)
Ağdamın “Qarabağ” klubunun rəsmi saytı avrokuboklardakı rekordlarının tam siyahısını tərtib edib. Apasport.az-ın məlumatına görə, öz tarix və statistikasına həssas yanaşan azsaylı klub saytlarından biri Avroliqanın I təsnifat mərhələsinin Litva “Banqa”sı ilə cavab oyunundan sonra bu addımı atıb. Siyahıda 7 göstərici yer alıb.
1. “Qarabağ” Avrokuboklarda 30-cu oyununa çıxaraq özünəməxsus yubileyə çatdı.
2. “Qarabağ” eyni zamanda “Banqa” üzərində qələbəylə avrokuboklarda xal sayını 36-ya çatdıraraq ilk pilləyə yüksəldi
3. “Qarabağ” 30-cu oyununda 10-cu qələbəsini qazanmaqla `Neftçi`ylə qələbə sayını bərabərləşdirdi
4. “Qarabağ” Avrokuboklarda qollarının sayını 29-a çatdıraraq təkhakimiyyətliliyə yiyələndi
5. “Qarabağ” bir mərhələdə rəqibini hər 2 oyunda darmadağın etməklə növbəti ilkə imza atdı
6. Eyni zamanda indiyə kimi heç bir klubumuz bir mərhələdə nə 7 qol, nə də 7 topluq fərqə malik olmuşdu
7. “Qarabağ” avrokuboklar tarixində 3-cü darmadağınla öz rekordunu daha da təkmilləşdirdi
Qeyd edək ki, bu rekordlar ayrı-ayrılıqda apasport.az saytında da əks olunub.