Remsini belə qırdılar. VİDEO
Remsini belə qırdılar. VİDEO
Sərtliyinə görə bütün dünyada məşhur olan İngiltərə premyerliqasında növbəti dəhşətli zədə qeydə alınıb. `Stok Siti` - `Arsenal` mücadiləsində londonluların gənc və perspektivli yarımmüdafiəçisi Aaron Remsinin ayağı(nı) qırı(lı)b(lar). Görüşün 65-ci dəqiqəsində hesab 1:1 olarkən uelsi futbolçu `Stok Siti`nin kapitanıyla Rayan Şoukrossla sərt mübarizəsi nəticəsində sol ayağı qırılıb. Hakim `Stok`un kapitanına dərhal qırmızı vərəqə göstərib. Dünyanın gələcək ulduzları sırasında göstərilən Remsinin ayağının 2 yerdən qırıldığı və mövsümü qapatdığı artıq məlumdur. Maraqlıdır ki, `Arsenal`da daha öncə Eduardo ve Ebuyenin də ayağı qırılmışdı.Oyunda isə `Arsenal` əlavə dəqiqələrdə vurduğu qollarla 3:1 qalib gəlib.
Remsinin ayağını belə qırdılar