Rerras Faysal: "İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm"

single-news
16 İyl 2019

Rerras Faysal: "İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm"



Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ”ımız üçüncü transferini reallaşdırıb.

Komandamız Rerras Faysalı heyətinə qatıb. Mərakeşli müdafiəçiylə iki illik müqavilə imzalanıb.

26 yaşlı müdafiəçi sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib. Yeni transferimiz komandamıza keçidi haqda öz fikirlərini bildirib: 

"Çox möhtəşəm bir kluba gəlmişəm. İnfrastrukturla tanış oldum, hər şey əladır. Belə bir kluba gəldiyim üçün çox həyəcanlıyam. İlk oyuna çıxacağım günü səbirsizliklə gözləyirəm. Müdafiənin həm sağ, həm sol cinahlarında çıxış edə bilərəm. Hətta yarımmüdafiə xəttində də oynamışam. Hansı mövqedə oynamağımdan asılı olmayaraq, komandama fayda vermək üçün əlimdən gələni edəcəyəm. "Qarabağ" haqqında məlumatım var idi, avrokuboklarda oyunların izləmişdim. Fransa klublarıyla oynayan zaman da klub haqda daha çox məlumatım oldu. Azarkeşlər meydanda döyüşkən, sona qədər mübarizə aparan futbolçu görəcəklər".

Paylaş

// pop up