Rəşad 1 ay oynamayacaq:`İnanıram ki...`
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5458.jpg)
1 Noy 2011
Rəşad 1 ay oynamayacaq:`İnanıram ki...`
`Qarabağ`ımızda üzücü itki baş verib. `Qarabağ`ımızın aparıcı oyunçularından biri, Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov ciddi zədələnib. 29 yaşlı müdafiəçi dünən məşqdə dirsəyindən zədə alıb. Müayinə zamanı Sadıqovun dirsəyində sınıq müəyyənləşib. Zədələnmiş hissəyə gibs qoyulub. İlkin təxminlərə görə Rəşad ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Rəşad baş verənləri belə dəyərləndirib:`Təbii ki, istənilən halda zədə almaq üzücüdü. Xüsusilə, mövsümün belə gərgin anında. Qarşıdan gələn millinin 2 oyunun da ola bilməyəcəyəm. Belə baxanda yenə şükür edirəm. Daha ağır zədələnə bilərdim. İndi qolum sarğıdadı. Mümkün qədər özümü yormamalıyam. Nə etmək olar? Futbolçu həyatı zədələrdən sığortalanmayıb. Sağlamlıqla oyun oynamaq olmaz. Çalışacam ki, ən qısa zamanda sağalıb meydana dönüm. İnanıram ki, həm millidə, həm də `Qarabağ`da yoxluğum hiss olunmayacaq`.