Rəşad 2 ay, Əfran 287 gün və `Kəpəz`in ilki
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
29 Noy 2012
Rəşad 2 ay, Əfran 287 gün və `Kəpəz`in ilki
`Qarabağ`ımız ölkə kuboku macərasına Gəncədə başladı. Azərbaycanın 2 köklü klubunun mücadiləsi hər zaman maraq kəsb edib. Üstəlik, kubok komandası kimi tanınan `Qarabağ`ımız heç bir vaxt analoji yarışda `Kəpəz`ı sıardan çıxara bilməmişdi. Bu dəfə ki, görüş 1 oyunluq olduğuna görə yüksək mübarizə gözlənilirdi ki, bu da baş tutdu.
`Qarabağ`ımızda həftəsonu `Turan`la baş tutan görüşlə müqayisədə 1 dəyişiklik vardı. Maksim Medvedevi müdafiənin sağında İlqar Qurbanov əvəzləmişdi.
Oyunun həftəiçi və 1 tamamda keçirilməsi azarkeş sayına təsir etmişdi. Üstəlik, meydanın vəziyyəti də keyfiyyəti futbolu əngəlləyirdi. Amma bu heç də amansız mübarizəyə təsir etmirdi. Təsadüfi deyil ki, 120 dəqiqə hər 2 tərəf digər amilləri nəzərə almadan vuruşdular.
90 dəqiqə ərzində tərəflər qola yaxın olsa da, fərqlənmək mümkün olmurdu. 2-ci yarının gedişində baş məşqçimiz Qurban Qurbanovun əvəzetmələri işə düşdü. Vaqif Cavadov və Əfranı döyüşə atan çalışdırıcımız az sonra Rəşad Sadıqova uzun müddətli zədədən sonra meydana çıxma şansı verdi. `Qarabağ` və millinin kapitanı özünə yad olan mövqedə yarımmüdafiədə hücumameyilli oynamağa başladı. Bu Rəşadın 7 oyun və ya 2 ay sonra dönüşünü şərtləndirdi.
Oyunun əsas vaxtı 0:0 bitincə ilk əlavədə `Qarabağ` hücumları sürətləndirdi, Əfran tiri `yoxlayanda` artıq qolun yetişdiyi hiss olundu. Riçardın müdafiəçini keçərək uzun reydi isə Vaqifə əlverişli ötürməyə gətirdi. Cavadovun Riçarda qaytardığı `borcu`nu isə `Kəpəz`in futbolçusunun topu öz qapısına göndərməklə nəticələndi.
Bu qoldan isə demək olar hər şey aydınlaşdı, `Kəpəz`in əzmi bir qədər zəiflədisə, `Qarabağ`ımız 2-ci əlavədə görüşün yekun hesabını müəyyənləşdirdi. Yenə də Riçardın ötürməsiylə topu ram edən Əfran topu tora qovuşdu. Bu Əfran İsmayılovun `Qarabağ`ın heyətində rəsmi oyunlarda 10 ay sonra vurduğu ilk qol idi. Əfran ötən mövsüm Fevralın 15-də `Bakı`nı səfərdə 3:0-lıq məğlub etdiyimiz oyunda penaltidən ilk qolu vurmuşdu.
Beləliklə, `Qarabağ`ımız 2:0-lıq qələbə ilə gələn ilin Martında keçiriləcək ¼ final mərhələsində `Qəbələ`yə rəqib olmuşdu. Maraqlıdı ki, `Qarabağ`ımız ötən mövsüm də eyni mərhələdə eyniadlı rayonun təmsilçisylə cütləşmiş və turu keçən tərəf olmuşdu.