Rəşad Sadıqov: "...biz meydana çıxıb uçacağıq" (sportal.az)
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
1 Avq 2012
Rəşad Sadıqov: "...biz meydana çıxıb uçacağıq" (sportal.az)
"İndidən qışqır-bağır salaq ki, biz çempionluğa oynayırıq, bu, yalan olar"
Milli komandamızın kapitanı, "Qarabağ"ın müdafiəçisi Rəşad Sadıqovun Sportal.az saytına müsahibəsi
- Türkiyədə təlim-məşq toplanışını başa vurub, vətənə qayıtdınız. Hazırlıq necə keçdi?
- Normal keçdi, məşq elədik, hazırlaşıdıq. Çempionata hazırlaşmaq üçün ay yarım vaxtımız oldu. Bir neçə yoldaşlıq görüşü keçirdik. Tam olmasa da, yeni mövsümə yaxşı hazırlaşdıq.
- Dedin ki, tam hazır deyilik. Bu baxımdan yəqin ki, ilk turlar bir qədər çətin keçəcək...
- Əlbəttə. İlk iki turda çətin rəqiblərlə qarşılaşacağıq. Ona görə də çempionatın startı bizim üçün xüsusi olacaq.
- Komandaya yeni cəlb olunan futbolçular adaptasiya problemini aşa biliblər?
- Ümumiyyətlə, fərqli oyunçular alındı. Amma hər biri komandaya çox yaxşı uyğunlaşdı. Qapıçıya isə özünü çərçivədə rahat hiss etmək üçün bir qədər vaxt lazımdı. Varvodiç yaxşı qapıçıdı. Elnur isə təəssüflər olsun ki, toplanışın sonunda zədələndi. Yeni gələnlər arasında o, daha xoş təsir bağışladı. Tez uyğunlaşdı və özünü yaxşı tərəfdən göstərdi. Belə davam eləsə, o uşağın gələcəyi parlaq olacaq.
- Ötən mövsümdən qalan zədən var idi. Hazırda özünü necə hiss edirsən?
- Şükür Allaha, indi hər şey qaydasındadı. Zədəm sağalıb, özümü yaxşı hiss edirəm.
- Geridə qalan mövsümdəki uğursuzluğu bir çoxunuz yorğunluqla əlaqələndirdiz. Yəqin ki, bu il yorğunluq bəhanə olmayacaq...
- Tam istirahət edib, yeni mövsümə yaxşı hazırlaşmışıq. Təbii ki, yorğunluq bəhanəsi olmayacaq. Amma heç kim də zəmanət verə bilməz ki, biz meydana çıxıb uçacağıq, qarşımıza keçəni udacağıq. Digər komandalarla müqayisədə heyətimiz elə də geniş deyil. Bir az "Qarabağ"ın siyasəti də fərqlidi. Əsas məqsədimiz uğurlu çıxış etməkdi. Amma necə olacağnı zaman göstərəcək. Demək olmaz ki, biz istirahət elədik, çempion olacağıq.
- Heyətinizin geniş olmadığını deyirsən. Amma qarşısına çempionluq hədəfi qoyan bir komandada heyətlə bağlı problem olmamalıdı...
- Bilirsiz necədi. Bizdə konkret hədəf bu deyil ki, bu il mütləq çempion olmalıyıq. Bunun üçün 7-8 nəfər yeni futbolçu alaq. Hər il çempion olmaq istəyirik. Bunu kim istəməz ki. Amma "Neftçi" kimi yeni, bahalı transferlər etmək - bizdə belə bir anlayış yoxdu. Biz ikinci də ola bilərik, üçüncü də. Bu il "İnter" də çox gücləndi. Yunis Hüseynovun gəlişindən sonra "Xəzər Lənkəran"ın oyununda da xeyli dəyişiklik var. "Neftçi"ni demək lazım deyil, oyunu göz qabağındadı. "Qəbələ" güclənib, "Bakı"ya yeni baş məşqçi gəlib. Komandada islahatlar olacaq. Heyətində yaxşı oyunçular var. ilk "üçlüy"ə düşmək belə çətin olacaq. İndidən qışqır-bağır salaq ki, biz çempionluğa oynayırıq, bu, yalan olar. Hər şey gedişatdan asılı olacaq. Görək, nə olur. Hələ transfer çalışmalarımız tamamlanmayıb. Bizə nə cür oyunçu gələcək, bəlkə gəlməyəcək. Belə şeylərdən çox şey asılı olacaq.
- Ardıcıl 3 il avrokuboklarda ölkəmizi layiqincə təmsil etdiz. İndi Avroliqaya kənardan baxmaq necə hissdi?
- Çox pis hisslərdi. Bu qədər pis təsir edəcəyini gözləmirdik. Kənardan baxmaq çox ağır idi. Amma futboldu, həmişə istədiyin kimi alınmır. Bütün idman növlərində bu belədi. Bir gün uğurlu çıxış edirsən, bir gün uğursuz. Bütün favoritlər həmişə qələbə qazansaydı, hər şey onların istədiyi kimi getsəydi, onda heç maraq olmazdı. Sona 5 tur qalmış çempionluğu qovalayırdıq, axırda elə oldu ki, heç Avroliqaya da düşə bilmədik.
- Avrokuboklardakı təmsilçilərimizdən təkcə "Neftçi" mübarizəni davam etdirir. "Hapoel"lə oyunlarda komandamızın şanslarını necə dəyərləndirirsən?
- Fikirləşirəm ki, hər iki komandanın şansları 50/50-yədi. "Neftçi"nin üstünlüyü ondadı ki, ilk oyunu səfərdə oynayır. Ən pis halda səfərdən minimal hesablı məğlubiyyət və ya bərabərliklə qayıda bilsə, şansı yüksələcək. Düzdü, qələbə qazansalar, daha yaxşı olacaq. Düzdü, "Hapoel" ciddi rəqibdi, amma keçilməz də deyil. "Jilina" ilə oyunda qol epizodlarını görmüşük. Qeyd eləmək lazımdı ki, "Neftçi" də ilk mərhələdə yaxşı təsir bağışladı. Öz gücünü göstərdi. Bu da əsas verir ki, "Hapoel"ə qarşı "Neftçi"dən yaxşı oyun və nəticə gözləyək.
- Bir ara belə bir xəbər çıxdı ki, Çempionlar Liqasında "Neftçi"yə kömək edəcəksən. Sənə qarşı tərəfdən hər hansı təklif gəlmişdi?
- Yox, mənə elə bir təklif gəlməmişdi.
- Gəlsə, qərarın necə olardı?
- Gəlsəydi, "yox" deməzdim. Amma gəlmədi. Necə məsləhətdi, başımı aşağı salıb, öz işimi görürəm. Birinci mərhələ göstərdi ki, "Neftçi"nin mənə ehtiyacı yoxdu. İşləri qaydasında gedir.
- Sabiq komanda yoldaşın Rəşad Sadiqovun çıxışı barədə nə deyə bilərsən? Yəqin razılaşarsan ki, adaşın "Neftçi"yə tez uyğunlaşdı...
- Sadiqov elə bir futbolçudu ki, hansı komandaya atsan, oynayacaq. "Zestafoni" ilə ilk oyundan sonra mətbuat yazdı ki, zəif çıxış elədi. Amma mən elə hesab eləmirəm. Həm ilk, həm də ikinci oyunda Rəşad yaxşı təsir bağışladı. Gürcüstandakı oyunda komanda hesabda 2 top fərqi ilə geridə olsa da, komanda özünü itirmədi. Orda hesab başqa cür də ola bilərdi. Böyük hesabla məğlub da ola bilərdilər. Çünki 20-ci dəqiqədə hesab artıq 2:0 gürcülərin xeyirinə idi. Amma təcrübəli oyunçular özlərini itirmədilər və lazımı nəticə ilə qayıtdılar.
- Həftəsonu Premyer Liqa start götürür. İlk turda "İnter"lə qarşılaşacaqsız. Həmin oyunla bağlı nə deyə bilərsən?
- İlk turda "İnter"lə qarşılaşmaq istəməzdik. Amma elə oldu ki, onlarla düşdük. Ən çətin rəqiblərin başında bəlkə də "İnter" durur. "Asteras"la oyunlar da göstərdi ki, komanda yeni mövsümə yaxşı hazırlaşıb. Heyətinə yaxşı oyunçular qatıb. Bizi "İnter"lə çox çətin oyun gözləyir.