Rəşad Sadıqov: "Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun"

Rəşad Sadıqov: "Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun"
Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. "Qarabağ"ımız A qrupunda "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) klubları ilə bir qrupda mübarizə aparacaq. Komandamızın kapitanı Rəşad Sadıqov püşkü klubumuzun rəsmi saytına açıqlamasında dəyərləndirib:
"Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".