Rəşad Sadıqov əməliyyat olundu
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
24 Dek 2011
Rəşad Sadıqov əməliyyat olundu
Məlum olduğu kimi `Qarabağ`ımızın müdafiəçisi Rəşad Sadıqov əməliyyat olunmaq üçün Türkiyəyə yollanmışdı. Qasıq nahiyəsində uzun müddət problemlər yaşayan Azərbaycan millisinin kapitanı `Qəbələ`ylə axırıncı turdakı oyundan dərhal sonra qardaş ölkəyə müalicəyə getdi. Artıq, 29 yaşlı futbolçu uğurla əməliyyat olunub. Hazırda Rəşadla birgə olan komandamızın fizioterapevti Oktay Gürsoyun verdiyi məlumata görə Rəşadın əməliyyatı uğurla keçib. Əməliyyat hər 2 nahiyədən keçirilib. Rəşad özünü hazırda yaxşı hiss edir. Bir neçə gün həkim nəzarətində qalacaq Sadıqova ən qısa zamanda sağlamlığına qovuşmasını diləyirik.