Rəşad Sadıqov ikinci dövrədən “Qarabağ”a kömək edə biləcək (qol.az)

single-news
23 Noy 2009

Rəşad Sadıqov ikinci dövrədən “Qarabağ”a kömək edə biləcək (qol.az)



Uzun müddətdir zədədən əziyyət çəkən Azərbaycan milli komandasının və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov artıq tam sağalıb və növbəti turlardan etibarən komandasına kömək edə biləcək. Bu məlumatı Qol.Az-a Ağdam klubunun icraçı direktoru Əmrah Çəlikəl deyib. Onun sözlərinə görə, Sadıqovun hətta cümə günü “Turan”la keçiriləcək qarşılaşmada çıxış edəcəyi gözlənilir: “Şükür Allaha, Rəşadın durumu  yaxşıdır və kollektivlə birgə məşq edir. İkinci dövrədən etibarən isə oynamağa başlayacaq”.

Paylaş

// pop up