Rəşad Sadiqov: "Mənə hücuma da çox kömək etmək tapşırığı verilmişdi" (fanat.az)
Rəşad Sadiqov: "Mənə hücuma da çox kömək etmək tapşırığı verilmişdi" (fanat.az)
Rəşad Sadiqov: "Mənə hücuma da çox kömək etmək tapşırığı verilmişdi"
Fanat: "Əvvəlcədən bilirdik ki, oyun çətin olacaq. Çünki "altılıq"da hamısı güclü komandalardı. Açığı, süni meydançada oynamaq bir az çətindi, həm də futbolçu tez yorulur. Çalışırdıq ki, birinci qolu biz vuraq. Bu qarşılaşmada birinci qolu kim vuracağdısa, üstünlük də onda olacağdı. Şükür Allaha ki, biz bunu bacardıq". Bu sözləri "İnter"lə oyundan sonra Fanat.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Rəşad Sadiqov deyib. Futbolçu oyunda tez-tez cinahları dəyişməsinin səbəbini də izah edib: "Mənə hücuma da çox kömək etmək tapşırığı verilmişdi. Eyni zamanda rəqibin hücumlarında arxa xəttə də kömək edirdim. Bəzən hücumda Adamiyanın və Vüqarın mövqelərində boşluqlar yarananda həmin mövqeləri boş qoymamaq tapşırığı da verilmişdi. "