Rəşad Sadıqov məşqlərə başladı.
1 Okt 2014
Rəşad Sadıqov məşqlərə başladı.
`Qarabağ`ımızın kapitanı Rəşad Sadıqov `Neftçi`ylə oyundan öncə zədələndiyinə görə derbini buraxmağa məcbur olmuşdu. Bir neçə gün hazırlıqlardan kənarda qalan müdafiəçimiz Milana gəldiyimiz gün fizoterapevt nəzarətində çalışmalara başlayıb. Komandamızın Milanda çıxdığı ilk məşqdə kapitan yenə də fiziotetapevt nəzarətində məşqə çıxıb. Komandamızın oyunöncəsi sonuncu məşqinə qədər tibbi personalının verəcəyi qərar əsasında Rəşadın meydana çıxıb çıxmayacağı bəlli olacaq.