Rəşad Sadıqov Nani və Robbeni geridə qoydu
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5457.jpg)
8 Noy 2012
Rəşad Sadıqov Nani və Robbeni geridə qoydu
Azərbaycan milli komandasının və `Qarabağ`ın kapitanı Rəşad Sadıqov Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının tərtib etdiyi qitənin ən populyar futbolçularının siyahısında yer alıb.
Sadıqov Avropa qitəsindən yer alan 80 futbolçu arasında 43-cü pilləni tutub. Futbolçuların 2012-ci ildəki fəallığını nəzərə alaraq tərtib edilən siyahıda Rəşad Sami Xedira, Samir Handonoviç, Erik Abidal, Juan Mata, Robert Levandovski, Nani, Robben və s. futbolçuları geridə qoyub.