Rəşad Sadiqov: "Nə vaxt dönəcəyimi bilmirəm" (korner.az)

single-news
14 Dek 2009

Rəşad Sadiqov: "Nə vaxt dönəcəyimi bilmirəm" (korner.az)




Rəşad Sadiqov: "Nə vaxt dönəcəyimi bilmirəm"


Rəşad Sadiqov “Qarabağ”ın “İmarət” fan-klubunun saytına müsahibə verib. Onu diqqətinizə çatdırırıq:

- İlk öncə son oyundan başlayaq...
- "Standart" Böyükağa müəllimin gəlişində sonra "artırıb". "Bakı"ya, "Simurq"a qarşı əla oynamışdılar. Biz də 3 xal üçün çıxmışdıq. Allahın köməyi ilə qalib gəldik.
- Iki turdu ki, oynamırsan. Bunun səbəbi nədi?
- Zədələnmişdim. "Qəbələ"yə qarşı oyunumuz süni meydança olduğundan əzələm 2 yerdən dartılmışdı. Müalicə olunuram. Nə vaxt dönəcəyimi bilmirəm. Çalışacam "Simurq"la oyuna hazır olum.
- "Simurq"la çətin oyunumuz var. İlk dövrədə məğlub olduq. Quzanlıda bunu aradan qaldırmaq mümkün olacaq?
- Mütləq qələbə qazanmalıyıq. "Simurq"a qarşı oyunumuzu 6 xallıq hesab edirəm. Həm çempionatın 3 xalı, həm də "altılığ"ın 3 xalıdı. Çempionluğa təsir edən oyun olacaq. Çalışacayıq ki, mütləq 3 xalı götürək.
- Avroliqadan sonra komandamız qələbələri sıralayır. Bunun sirri nədir?
- Komandamız çox gəncdi. Əvvəl deyirdilər ki, "Qarabağ" yorulacaq, nə bilim 1-2 oyundan sonra dayanacaq. Artıq 15 tur keçib. Heç bir yorğunluq hiss olunmur. Komandamızda biri oynamayanda, digəri onu əvəz edir. Rəhbərlik gözəl komanda yaradıb. Qələbələrin sirri də bundadır.
- Görürsən komandamız rəqibindən üç dəfə güclüdür. Lakin minimal hesablı qələbə qazanır. Bunun səbəbi nədir?
- Deyirlər bizdə hücumçu problemi var. Neçə qol vurmağımızın fərqi yoxdur. Əsas qələbə qazanaq.
- Komandamız əsasən ikinci hissədə fərqlənir. Bunu nə ilə əlaqələndirərdin?
- "Qarabağ"da 90 dəqiqə mübarizə apara biləcək oyunçular var. Komandamız birinci hissə rəqibin yorulmasını gözləyir. İkinci hissədə isə istədiyini əldə edir.
- "Qarabağ"ın müstəqillik dövründə 700-cü qolunun müəllifi oldun. O an nə hiss keçirdin?
- Açığın deyim, bilmirdim bunu. Sabahısı günü mətbuatdan oxudum. Çox sevindim ki, "Qarabağ"ın 700-cü qolunu vurdum.
- Başqa komandalardan təklif gəlibmi?
- Mənim hələ ki, müqaviləm var. Burada özümü xoşbəxt hiss edirəm. Hər cür şərait yaradılıb.
- Sonda azarkeşlərə sözün?
- Azarkeşlərimizə təşəkkür edirəm. Hər oyunda bizə dəstək olurlar. "12-ci oyunçu" funksiyasını gözəl yerinə yetirirlər.

 

Paylaş

// pop up