Rəşad Sadıqov: “Qarabağ”ın çempion olacağına inanıram (apasport.az)

single-news
14 May 2010

Rəşad Sadıqov: “Qarabağ”ın çempion olacağına inanıram (apasport.az)



“Komandamızın mövsümün sonunda çempionluğu bayram edəcəyinə inanıram. Buna ümidimi itirməmişəm. Ancaq hər şey yalnız bizdən yox, digər komandalardan, rəqiblərdən asılı olacaq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov deyib.

Premyer Liqanın sonuna bir tur qalmış 3-cü yerdə gedən “Qarabağ” lider “Xəzər-Lənkəran”dan 1 xal geri qalır. Ötən tur lənkəranlılara evdə 2:1 hesabı ilə qalib gəldikləri oyunda qol vuran Rəşad rəqibin zəif oynadığını düşünmür: “Əslində, biz rəqibdən güclü idik. Oyundan əvvəl başa düşürdük ki, “Qarabağ” çempionluğa şansını saxlamaq və avrokuboklara vəsiqəni təmin etmək üçün qalib gəlməlidir. Hələ mövsüm öncəsi klub rəhbərliyi qarşımızda avrokuboklara çıxmaq vəzifəsi qoymuşdu. Son turda “Neftçi” ilə oyuna ciddi hazırlaşıb, qələbə qazanmaq lazımdır. Əgər qismət olarsa, “Qarabağ” bu mövsüm çempion olacaq”.

“Xəzər-Lənkəran”la oyunda mərkəz müdafiəçisi kimi yox, dayaq yarımmüdafiəçisi oynayan Sadıqov mövqe dəyişiklərindən danışıb: “Hesab edirəm ki, müdafiənin mərkəzində daha yaxşı oynadım. Orada özümü daha inamlı hissi edirdim. Özü də oyundan öncə bütün həftə boyu məşqçilər məni dayaq yarımmüdafiəçisi mövqeyi üçün hazırlayırdı. Buna səbəb çoxsaylı kadr çatışmazlığımız idi. Bildiyiniz kimi, kapitanımız Aslan Kərimov praktiki olaraq komanda ilə məşq etmirdi. Digər dayaq yarımmüdafiəçisi Namiq Yusifov isə meydanda ayağında ağırlar çıxmışdı. Bununla belə, baş məşqçimiz Qurbanov onu oyuna hazırlaya bildi. İkinci dayaq yarımmüdafiəçisini tapmaq lazım idi. Qurbanov dedi ki, bu mövqeyə məhz məni qoymaq niyyətindədir. Hesab edirəm ki, pis oynamadım. 70-ci dəqiqədə çalışdırıcımız Zaur Həşimovla yerlərimizi dəyişməyə göstəriş verdi və artıq onda öz mövqeyimə qayıtdım”.

Milli komandamızın kapitanı “Xəzər-Lənkəran”la oyundan sonra insidentlərdə iştirak etmədiyini bildirib: “Bizim futbolçulardan heç biri onda iştirak etmirdi. Problem onda idi ki, azarkeşlərimizdən biri meydana atılıb, komandamızı təbrik etmək istədi. Polislər onu tutmağa çalışdı ki, bundan onda böyük olmayan insident alındı. Biz futbolçular fanatları ayırmaq üçün səy göstərdik. İki komandanın oyunçuları arasında isə heç bir insident yaranmadı”.

Mənbə: extratime.az

Paylaş

// pop up