Rəşad Sadıqov rəsmən `Qarabağ`da!!!

single-news
11 Fev 2011

Rəşad Sadıqov rəsmən `Qarabağ`da!!!



Gerçəkləşdi. Azərbaycan millisinin kapitanı, `Qarabağ`ımızın Avrokuboklardakı uğurlarında özünəməxsus rol oynayan, `Rusenborq`un qapısına əsrarəngiz qol vurmaqla yaddaşlara həkk olan, XXI əsrdə Azərbaycanın ən yaxşı futbolçusu sayılan Rəşad Sadıqov yenidən doğma klubuna qayıtdı. Rəşad Sadıqovun klubu `Eskişehirspor`la məsələ həll olundu və Rəşad artıq `Qarabağ`ın futbolçusudur. O, `Qarabağ`ımızı Avrokuboklarda yeni zirvələrə daşımaq üçün yenidən doğma klubunun şərəfini qoruyacaq.
Rəşad Sadıqovun yenidən `Qarabağ`a dönüşü ilə bağlı olaraq Fevralın 15-ində Rəşad Sadıqov və klub rəhbərliyinin iştirakıyla mətbuat konfransı keçiriləcək. Mətbuat konfransının vaxtı və keçirilmə yeri ilə bağlı saytımızı izləməyi unutmayın...

Paylaş

// pop up