Rəşad Sadıqov: “Simurq”la oyunumuz çox çətin keçəcək” (qol.az)
15 Dek 2009
Rəşad Sadıqov: “Simurq”la oyunumuz çox çətin keçəcək” (qol.az)
Rəşad Sadıqov artıq məşlərə başlayıb. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində futbolçunun özü məlumat verib. Xəstə olduğuna görə son turda “Standard”la görüşü buraxan Rəşad artıq özünü yaxşı hiss edir.
Sadıqov qarşıdakı “Simurq”la oyun haqda da fikirlərini bölüşüb: “Qarşıda bizi çox çətin oyun gözləyir. Bununla belə, biz bu görüşə də qələbə üçün çıxacağıq. Oyun çox gərgin keçəcək. “Simurq” heç də zəif komanda deyil. İlk dövrədə də bizə qalib gəliblər. Amma budəfə nəticənin fərqli olacağına inanıram”.