Rəşad Sadıqov sıradan çıxdı
12 May 2012
Rəşad Sadıqov sıradan çıxdı
`Qarabağ`ımız dünən mövsümə yekun vurdu. `Xəzər-Lənkəran`la oyunda məğlubiyyətlə üzləşən komandamız daha bir itki yaşadı. Belə ki, `Qarabağ`ımızın müdafiəçisi Rəşad Sadıqov oyunun sonuna yaxın zədələnərək meydanı yarımçıq tərk etməli oldu. Hər 3 dəyişiklik hüququndan yararlandığımıza görə komandamız oyunu 10 nəfərlə bitirməli oldu. Sadıqovun aldığı xəsarətin ağır olması onun meydana qayıtmasını əngəllədi. İlkin müayinə 30 yaşlı müdafiəçinin vəziyyətinin qənaətbəxş olmadığını müəyyənləşdirib. Komandanın tibbi xidməti topuğundan aldığı zədənin dərəcəsini konkrektləşdirmək üçün Rəşad Sadıxovu Türkiyəyə yola salmağı uyğun görüb. Qardaş ölkədə müayinə olunacaq futbolçunun nə vaxt sıraya dönəcəyi məlum deyil.