Rəşad Sadıqov: Tarixi şansı dəyərləndirməyə çalışacağıq

single-news
3 Sen 2011

Rəşad Sadıqov: Tarixi şansı dəyərləndirməyə çalışacağıq



Azərbaycan yığmasının və `Qarabaımızın müdafiəçisi Rəşad Sadıqov AÇ-2012-nin seçmə mərhələsinin Belçika ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb. Müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:

 - Yəqin ki, Azərbaycan öz meydanında hələ belə qapalı oyun sərgiləməmişdi...
- Bu oyunun digər ev oyunlarımızla müqayisədə nə qədər qapalı olduğunu deyə bilmərəm. Amma birinci hissədə həqiqətən meydanın özümüzə aid hissəsinə yığışmışdıq və ilk növbədə qapımızın toxunulmazlığı barədə düşünürdük. Bilirdik ki, rəqibə ancaq qələbə lazımdı. Bizi isə heç-heçə də qane edirdi.
 - Deməli, fasilədən sonra qapalı oynadığınızı düşünmürsüz?
- Öz taktikamıza sadiq qalmağa çalışdıq. Amma buraxılan qol oyunumuza təsir göstərdi. Təxminən 10-15 dəqiqə uşaqlar özlərində deyildilər. Yalnız əvəzləmələrdən sonra bir qədər fəallaşıb, irəli atıldıq. Nəticədə də hesabı bərabərləşdirdik.
 - Hesab etmirsiz ki, oyun hərdən darıxdırıcı keçirdi?
- Belçikalılar özləri sakit tempdə oynamağa çalışırdılar. Heç özüm də bilmirəm niyə. Bu üzdən biz də risk etmək istəmirdik. Bilirdik ki, rəqib kiçik səhvləri bağışlamır. Qazanılan heç-heçə və 1 xal bizim üçün çox vacib idi.
 - Penalti epizodu ilə bağlı nə deyərdiniz?
- Qayda pozuntusuna oxşayırdı. Düşündüm ki, Hazard topa zərbə vuracaq. Amma o, məhz penalti qazanmaq üçün ayağını qoyub, yerə yıxıldı. Onlar belə epizodlarda necə hərəkət etməli olduqlarını da gözəl bilirdilər. Əgər oyun heç-heçə başa çatmasaydı, məğlubiyyətə görə əsas günahkar mən olacaqdım.
 - Qarşıdakı Qazaxıstanla oyundan nə gözləyək?
- Biz başa düşürük ki, bizim üçün çox vacib oyundu. Burda artıq tam vərqli vəzifəni yerinə yetirməliyik. Rəhbərlik qarşımıza ancaq qələbə qazanmaq məqsədi qoyub. Hər şeyi edəcəyik ki, buna nail olaq. Qarşıdakı oyun çətin situasiyadan çıxmaq üçün ən yaxşı şansdı.
- Qələbə bizim üçün indiyə qədər əlçatmaq olan 5 xallıq səddi aşmağa yardımçı olacaq...
- Bu, çox əla olardı. Başa düşürük ki, bu, tarixi şansdı. Amma rəqib də hədiyyə deyil. Türkiyə ilə oyunda onlar yalnız son saniyələrdə uduzdular. Bu, bizim də işimizin çətin olacağından xəbər verir. Belçika ilə oyunu unudub, növbəti oyuna ciddi hazırlaşmaq lazımdı.

Paylaş

// pop up