Rəşad Sadıqov Türkiyəyə yollandı
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5314.jpg)
27 Apr 2011
Rəşad Sadıqov Türkiyəyə yollandı
`Qarabağ`ımız `Bakı`yla oyunöncəsi ciddi itkiylə üzləşib. Azərbaycan millisinin kapitanı, `Qarabağ`ımızın müdafiəçisi Rəşad Sadıqovun topuğunda kəskin ağrı yaranıb. Artıq müayinə olunmaq üçün 28 yaşlı müdafiəçi Türkiyəyə yola düşüb. Daha öncələr aldığı köhnə zədənin yenidən özünü göstərməsi Rəşadı belə addım atmağa vadar edib. Qardaş ölkədə müayinə olunacaq Sadıqovun durumuna İstanbulda aydınlıq gələcək. Bu səbəbdən müdafiəçimizin qarşıdan gələn `Bakı`yla oyunda iştirak sual altındadır.