Rəşad Sadıqov U-21 millimizin baş məşqçisi təyin olundu
13 Dek 2017
Rəşad Sadıqov U-21 millimizin baş məşqçisi təyin olundu
Bu gün müxtəlif yaş qruplarından ibarət Azərbaycan milli komandalarının baş məşqçiləri müəyyənləşib.
“Qarabağ”ımızın kapitanı Rəşad Sadıqov U-21 millisinə baş məşqçi təyin olunub. Eyni zamanda kapitanımız yeni yaradılan U-20 millisinə də rəhbərlik edəcək.
Xatırladaq ki, Rəşad Sadıqov məşqçilik karyerasına ötən il “Qarabağ”ımızın U-19 komandasında başlayıb və ilk ildə komandasını çempion edib. U-19 komandamız bu mövsüm tarixində ilk dəfə UEFA Gənclər Liqasında mübarizə aparıb və qrup mərhələsində qələbə qazanan ilk Azərbaycan komandası kimi tarixə düşüb.
