Rəşad Sadıqov:`6`-lıqda hər şey fərqlidir

single-news
9 Apr 2012

Rəşad Sadıqov:`6`-lıqda hər şey fərqlidir



`Qarabağ`mızın müdafiəçisi Rəşad Sadıqov Premyer Liqanın 27-ci turunun `İnter`lə oyunundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- `İnter`lə oyununuzu necə dəyərləndirərdiz?
- Çətin oyun alındı. Prinsipcə, başqa cür ola da bilməzdi. Çünki ilk altılıqda bütün oyunlar çox ağır keçir. Qələbəyə çox yaxın idik. Amma son dəqiqələrdə onu əldən verdik.

- Qələbə üçün nə çatışmadı?
- Mən deməzdim ki, bizdə bunun üçün nəsə çatışmadı. Hər şey plan üzrə gedirdi. Sadəcə, hesab 1:0 bizim xeyrimizə olarkən ələ düşən iki yaxşı qol vəziyyətini dəyərləndirməyimiz lazım idi. Onlardan ən azı birini qola çevirə bilsəydik, qələbə bizim olacaqdı. Biz onları vura bilmədik, rəqib də bunu bağışlamadı.
 
- Bəs dediyiniz plan nədən ibarət idi?
- Oyunun ilk hissəsində ehtiyatlı oynamaq istəyirdik. Rəqib yorulandan sonra isə, son yarım saatda hücum futbolu sərgiləməyi planlaşdırmışdıq.
 
- Ehtiyatlı oyun hara, `Qarabağ` hara?
- Niyə ki? Biz səfərdə `İnter`lə qarşılaşırdıq. Nə etməli idik ki? 90 dəqiqə rəqibi qapısına sıxışdırmalı idik? Axı bu, mümkünsüzdü.
 
- Adətən bu, `Qarabağ`da alınır...
- Daha ilk altılıq oyunlarında da yox. Burda hər şey fərqlidi. Bütün rəqiblərimiz güclüdü və heç kim asanlıqla xal vermək istəmir.
 
- Bu itirilən xallar çempionluq şanslarınıza nə dərəcədə təsir göstərəcək?
- Düzdü, iki vacib xal itirdik. Amma heç-heçəni də pis nəticə saymaq olmaz. Mübarizə isə qarşıdadı və hələ də davam edir.

 

Paylaş

// pop up