Rəşad Sadiqov:`Belə böyük camiədə kapitan olmaq qürurvericidir.`

single-news
23 Fev 2011

Rəşad Sadiqov:`Belə böyük camiədə kapitan olmaq qürurvericidir.`



`Qarabağ`ımız `Gəncə` ilə oyunu bir sıra məqamlara görə zəngin oldu. Təxminən 5 illik fasilədən sonra yenidən qərb zonasının mərkəzində oyuna çıxan komandamız premyerliqada 6 oyunluq qələbə seriyası da `tutmuş` oldu. Digər maraqlı bir məqam da komandamızın heyətində Rəşad Sadiqovun rəsmi oyunda ilk dəfə kapitan kimi meydana çıxması oldu. Artıq 2 ildir `Qarabağ`da çıxış edən 27 yaşlı yarımmüdafiəçi saytımıza duyğularını bölüşüb:`Belə baxanda təəccüblü olmadı. Hələ Antalyada keçirilən təlim-məşq toplanışı zamanı yoxlama oyunlarında kapitan kimi meydana çıxmışdım. Təbii ki, belə böyük camiədə kapitan olmaq qürurverici hissdir. İndi məsuliyyətim daha da artıb. İndi məcburam ki oyunlara 2 qat motivasiya ilə çıxım. Kapitan kimi ilk oyunumuzda qələbə qazanmağımız təbii ki, xoş duyğudur.`
Cari mövsüm 4 qol vuran və eyni sayda məhsuldar ötürmə edən Sadiqov göstəriciləri artıracağına inanır:`Son oyunlarda yaxşı çıxış edirik. Əfranın qayıdışıyla hücum xəttində rəqabət də güclənib. Daha çox irəlidə oynama çalışırıq. İnşallah, istərdim ki, daha çox qol vurum. Yaxşı ötürməyə də pis baxmıram.   Qarşıda 11 oyun var. İnanıram ki, məhsuldarlığımız daha da artacaq.`

Paylaş

// pop up