Rəşad Sadıqov:`Hamımız Rəşadın yanında olmaq istəyirik`

single-news
27 İyl 2011

Rəşad Sadıqov:`Hamımız Rəşadın yanında olmaq istəyirik`



`Qarabağ`ımız artıq Brüj şəhərindədir. Dünəndən Belçikanın qədim şəhərində məskunlaşan komandamız yerli vaxtla 20:30-da (Bakı vaxtıyla 21:30) məşqə çıxacaq. Komandamızı tarix şəhər soyuq havayla qarşılayıb. Dünən sulu qar yağırdısa, bu gün başlayan yağış hələ  də davam edir.
`Qarabağ`ımız `Brügge`ylə oyundan qabaq itkiylə rastlaşdığını xəbər vermişdik. Kapitanımız Rəşad Sadiqovun qardaşı Səbuhinin vaxtsız vəfatı hamını məyus edib. Azərbaycan millisinin kapitanı olan müdafiəçimiz Rəşad Sadıqov komandada son durumu haqqında belə danışdı:`Səbuhiylə mən uşaqlıqdan dostluq edirdik. Rəşadı mən Səbuhiyə görə tanımışam.  Ona görə də necə üzüldüyümü söyləmək yersizdi. `Qarabağ` bir ailədi. Səbuhini nəinki mən eləcə də komandamızın əksər üzvləri tanıyırdı. Yaxşı, mehriban, qardaşyana münasibətləri vardı. Ona görə də indi hamı məyusdu.  Xəbəri eşidəndə Rəşadla Bakıya qayıtmaq istədim.  Ona bütün komanda dəstək olmaq istəyir. Hamımız Rəşadın yanında olmaq istəyirik.  Hələ şokdan ayılmamışıqki oyun haqqında fikirləşək. Rəşada demək istəyirəm ki, hamımız Sənin yanındayıq. Onun dərdini paylaşırıq. Bu olay göstərir ki, həyatda daha vacib şeylər var. Allah ona rəhmət eləsin.` 

Paylaş

// pop up