Rəşad Sadiqovun qırmızı vərəqəsi ləğv edildi! (korner.az)

single-news
19 Mar 2010

Rəşad Sadiqovun qırmızı vərəqəsi ləğv edildi! (korner.az)



Hakimlər Komitəsi Vüsal Əliyev haqda ölçü götürəcək

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında qeydə alınan qayda pozuntularıyla bağlı qəbul edilən qərarlar arasında ən çox diqqətçəkəni təbii ki, “Xəzər Lənkəran” - “Qarabağ” oyunuyla bağlıdı. Belə ki, İK qarşılaşmanın 87-ci dəqiqəsində Rəşad Sadiqova göstərilən qırmızı vərəqni ləğv edib. Maraqlıdı ki, komitə bu addımı oyunun videoyazısına baxandan sonra atıb. 
Baş hakim Vüsal Əliyevi isə ciddi cəzalar gözləyir. İK onun haqqında ölçü götürülməsi üçün Hakimlər Komitəsinə tövsiyə verib. Qərarı olduğu kimi diqqətinizə çatdırırıq:

Azərbaycan kubokunun 1/4 finalının cavab oyunu “Xəzər-Lənkəran” - “Qarabağ” 87-ci dəqiqəsində meydançaya kənar əşya atıldığı üçün meydan sahibi - “Xəzər-Lənkəran” klubu 2000 (iki min) manat cərimə olunur (maddə 3). Oyundan sonra “Qarabağ” klubunun 2 №-li futbolçusu Elnur Allahverdiyev hakimləri təhqir etdiyinə görə futbolçu 2 oyunluq cəzalanır, klub 2000 (iki min) manat cərimə olunur (maddə 41). Matçın 87-ci dəqiqəsində “Qarabağ” klubunun 6 №-li futbolçusu Rəşad Sadiqova qırmızı vərəqə göstərilmişdir. Lakin matçın vidoeyazısı izlənildiyi zaman baş hakimin səhv qərar qəbul etdiyi aşkar edildi və bu səbəbdən də oyunçuya göstərilmiş qırmızı vərəqə sarı vərəqə ilə əvəzlənir. Hakimlər Komitəsi baş hakimin idarəçiliyi haqqında lazımi ölçü götürsün. Stadionda “Qarabağ” klubunun azarkeşləri üçün ayrılmış tribunada oturacaqlar sındırıldığı üçün “Qarabağ” klubu “Xəzər-Lənkəran” klubunun təqdim edəcəyi hesaba uyğun olaraq dəymiş zərəri ödəsin.

Paylaş

// pop up