Rəşad və Əfran yeni mövsümə hazırlaşır
26 May 2010
Rəşad və Əfran yeni mövsümə hazırlaşır
Ötən mövsüm komandamızın başarılı oyunçuları Rəşad Sadiqov və Əfran İsmayılov mövsümün sonunda zədələnərək sıradan çıxdığı məlumdu. Sevindirici haldır ki, hər 2 futbolçunun durumu qənaətbəxşdir. Bərpa prosesi sürətlə gedən gənclərimizin İyunun 5-ində start götürəcək yeni mövsüm hazırlıqlarına qoşula biləcək. Rəşad Sadiqov:` Məlum olduğu kimi, dizimin zədələnməsi ilə yanaşı iliyə su da yığılmışdı. Artıq bu həftə zədənin 6 həftəsi tamam olacaq. Elə millinin alman həkimi də demişdi ki, bu elə bir zədədir ki, minimum 6 həftə suyun çəkilməsini gözləmək lazımdır. Artıq yüngül hərəkətlər edirəm. Arada qaçıram. Düzdü, müəyyən ağrılar var. Amma tibbi personalın dediyinə görə hələ müəyyən ağrılar olacaq. Həftəsonu Maqnit-Rezonans (MR) müayinəsindən keçəcəm. Ondan sonra zədəmlə bağlı son durum bəlli olacaq. İnşallah, İyunun 5-ində komandayla birgə hazırlıqlara başlayacam.`
Əfran İsmayılovdan da xoş xəbər var:` Artıq rahat yeriyə bilirəm. Trenajorda çalışıram, müəyyənləşmiş sistemlə hovuzda üzürəm. Ağrılarım azalıb. Hazırlıqların başlanmasına qədər tam hazır olacağımı düşünürəm. Hələlik, bir 10 gün vaxtım var. Bu müddətdən maksimum yararlanmağa çalışacam ki, komandanın yeni mövsüm çalışmalarına qədər hazır olum.`