RƏSMİ AÇIQLAMA
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/4595.jpg)
4 May 2012
RƏSMİ AÇIQLAMA
Bugün mətbuatda `Qarabağ` Futbol klubunun futbolçusu Rəşad Sadiqovun başqa bir klubla müqavilə bağlaması barəsində xəbərlər yayılmışdır. Hazırda Ağdamda olan və `İnter`lə vacib görüşə hazırlaşan komandamız üçün gözlənilməz xəbər sonucunda futbolçuyla görüşülmüş və hazırda Kapitan statusu daşıyan futbolçunun başqa klubla danışıq aparması tərəfindən təsdiqlənmişdir. Çempionatın ən gərgin anında komanda üçün mühim funksiya daşıyan kapitanın belə vacib məqamda gənc futbolçulara örnək olmaq əvəzinə başqa klubla anlaşma imzalamasının qeyri-etik olduğunu və bu açıqlamasıyla komandaya vurduğu mənəvi zərbəyə görə Rəşad Sadiqov dərhal Ağdamdan Bakıya göndərildi.