Rəsmilərimiz “Portimonense”nin idman direktoru ilə görüşdü

single-news
26 Avq 2025

Rəsmilərimiz “Portimonense”nin idman direktoru ilə görüşdü



Klubumuzla Portuqaliya təmsilçisi “Portimonense” arasında əməkdaşlıq inkişaf etdiriləcək. Bu məqsədlə Pireney klubunun idman direktoru Fernando Yamada ölkəmizə təşrif buyurub.

 

Klubumuzun baş direktoru, İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov qonaqla görüşüblər. Fernando Yamada “Portimonense”nin prezidenti Rodiney Sampayonun salamlarını çatdırıb. Klub rəhbərləri Kamilo Duranın transferi ilə bağlı görüşmələr zamanı yaranan isti münasibəti növbəti səviyyəyə çatdırmaq üçün belə görüşün də zəruriliyini dilə gətiriblər və ilk olaraq Portuqaliya təmsilçisi Bakıya dəvət olunub.

 

Klubların rəsmiləri arasında əməkdaşlıq və digər mövzularda müzakirələr aparılıb. Idarə Heyətimizin üzvləri qonaqla xatirə şəkli çəkdiriblər.

Paylaş

// pop up