Respublika stadionunda 2 qol

single-news
28 Avq 2024

Respublika stadionunda 2 qol



“Qarabağ” – “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
Marko Pyatsa, 32. Mateus Silva, 53 (öz qapısına)

İlk oyun – 0:3

 

Komandamız növbəti avrokubok matçını keçirib. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının pley-offunda cavab oyununa çıxıb. Komandamız evdə Zaqreb “Dinamo”sunu qəbul edib.

 

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə aşağıdakı start heyəti meydana çıxıb: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo.

 

Səfərdəki məğlubiyyətin əvəzini çıxmaq üçün ilk dəqiqələrdən irəli atılan komandamız üstünlüyü ələ alıb. Çoxsaylı hücumlar quran futbolçularımız dəfələrlə qol imkanı yaradıb.

 

Amma qonaqların qapıçısı və müdafiəçiləri hesabın açılmasına imkan verməyib. Əks-hücumlarda təhlükəli olan xorvatiyalılar fasiləyədək hesabı açıblar. Marko Pyatsa fərqlənib.

 

Buraxılan qoldan sonra da hücumlarına ara verməyən komandamız rəqibin arxa xəttini daim təzyiqdə saxlasa da, hesabı dəyişə bilməyib. “Dinamo” ikinci hissədə fərqi artırıb. Mateus Silva avtoqol müəllifi olub.

 

Oyunda dönüş yaratmağa çalışan baş məşqçimiz əvəzetmələrə əl atıb. Komandamızın hücumları matçın sonlarına qədər davam etsə də, rəqib müdafiədə etibarlı oynayıb. Beləliklə, “Dinamo” 2:0 hesabı ilə qalib gəlib.

 

Komandamız avrokubok mövsümünə Avropa Liqasında davam edəcək. Liqa mərhələsində çıxış edəcək Qurbanovun yetirmələrinin rəqibləri avqustun 30-dakı püşkatmada bəlli olacaq.

 

Paylaş

// pop up