Respublika stadionunda 3 qol

Respublika stadionunda 3 qol
“Araz-Naxçıvan” – “Qarabağ” – 2:1
30 oktyabr 2023. Saat 19:00. T. Bəhramov adına Respublika Stadionu, 2000 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Rəşad Əhmədov
VAR: Rauf Allahverdiyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Sarı vərəqə: Vanderson Melo, 17 (qeyri-idman hərəkəti); Orxan Əliyev, 31 (qeyri-idman hərəkəti); İsmail Azzaui, 78 (qeyri-idman hərəkəti); Aksel Nqando, 86 (qeyri-idman hərəkəti); Kristian Avram, 88 (oyunun bərpasının ləngidilməsi); Abdulla Rzayev, 90+7 (qeyri-idman hərəkəti) // Luka Quqeşaşvili, 59 (qeyri-idman hərəkəti); Marko Yankoviç, 76 (hakimin qərarına etiraz); Yassin Benzia, 78 (qeyri-idman hərəkəti); Abdullah Zubir, 90+4 (qeyri-idman hərəkəti); Riçard Almeyda, 90+7 (hakimin qərarına etiraz)
Qollar: Orxan Əliyev, 75 (p.); Elvis Maşike, 90+1 // Olavio Juninyo, 90+7
Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 7 dəq.
“Qarabağ” növbəti oyununu keçirib. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının XI turunda “Araz-Naxçıvan”la görüşüb. Komandamız səfər matçına Tofiq Bəhramov adına Respublika stadionunda çıxıb.
“Qarabağ” oyuna fəal başlayıb. Topa daha çox nəzarət edən komandamız rəqibin müdafiə xəttini yarmaqda çətinliklə üzləşib. İlk hissənin ortalarında qarşılıqlı hücumlar müşahidə olunub. Fasiləyədək “Qarabağ”ın qol imkanı da olub. Hamidu Keyta əlverişli imkan əldə edib. Lakin hücumçumuz bu epizodu boşa verib. Rəqiblər fasiləyə qolsuz bərabərliklə yollanıblar.
İkinci hissənin əvvəlində “Qarabağ” rəqib qapısına təzyiqi artırıb. Komandamız çoxsaylı qol epizodları yaratsa da, son nöqtəni qoymaq alınmayıb. Yassin Benzianın cərimə zərbəsi daha yaddaqalan olub. Hissənin sonlarında Orxan Əliyev penalti ilə hesabı açıb. Bərabərlik qolu üçün böyük qüvvə ilə hücuma keçən “Qarabağ” rəqib qapısı önündə təhlükəli vəziyyətlər qurub. Lakin meydan sahiblərinin müdafiə xəttini yarmaq mümkün olmayıb. Rəqib isə uzatma dəqiqələrində vurulan qolla fərqi iki topa çatdırıb.
Çempionatın bombardiri Olavio Juninyo son saniyələrdə bu toplardan birinin əvəzini çıxsa da, komandamız görüşdən xalsız ayrılıb. Braziliyalı isə mövsümdə 8-ci qoluna sevinib. Beləliklə, “Qarabağ” “Araz-Naxçıvan”la səfər matçında 1:2 hesabı ilə uduzub.
“Araz-Naxçıvan”
12. Kristian Avram
6. Vadim Abdullayev
(39. Tural Bayramlı, 60)
10. Orxan Əliyev
(9. Elvis Maşike, 84)
3. Turan Manafov
2. Abdulla Rzayev
29. Vanderson Melo
23. Nuno Rodriqes
(11. Bayraməli Qurbanov, 84)
42. Kadiri Mohammed
(19. Aksel Nqando, 60)
14. Miço Kuzmanoviç
(8. İsmail Azzaui, 60)
4. İqor Ribeyro
27. Numan Kurdiç (k)
Ehtiyat oyunçular:
91. Semir Bukviç
1. Vüsal Şabanov
7. Nicat Süleymanov
22. Elçin Mustafayev
5. Nihad Qurbanlı
55. Zamiq Əliyev
13. Mirəli Əhmədov
Baş məşqçi: Azər Bağırov
“Qarabağ”
23. Luka Quqeşaşvili
55. Bədavi Hüseynov (k)
4. Rahil Məmmədov
44. Elvin Cəfərquliyev
90. Nəriman Axundzadə
(7. Yassin Benzia, 60)
29. Marko Vesovic
(27. Toral Bayramov, 60)
66. Patrik Andrade
(11. Adama Diakabi, 83)
17. Hamidu Keyta
(10. Abdullah Zubir, 60)
8. Marko Yankoviç
19. Redon Cica
(18. Olavio Juninyo, 60)
15. Leandro Andrade
Ehtiyat oyunçular:
89. Amin Ramazanov
20. Riçard Almeyda
5. Maksim Medvedev
30. Abbas Hüseynov
13. Bəhlul Mustafazadə
83. Nihad Quliyev
81. Kevin Medina
Baş məşqçi: Qurban Qurbanov