`Rəvan` - `Qarabağ`. 1:1 Canlı...
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5446.jpg)
`Rəvan` - `Qarabağ`. 1:1 Canlı...
1`- Oyuna `Rəvan` başlayır
3`- `Qarabağ` oyunda ərazi üstünlüyü ələ keçirməyə çalışır
5`- Komandamızın hücumu.. Adamiyanın zərbəsi qapıçıda qalır
7`- Rəşad Sadıqov cərimə zərbəsini yerinə yetirir, lakin top müdafiəçilərdən qayıdır
8`- `Qarabağ` hücumlarını davam etdirir
10`- Növbəti hücumumuz... Əfranın başla qapıya zərbəsi, lakin zərbə qeyri dəqiq olur
14`- `Qarabağ` topa özündə saxlamağa davam edir
17`- Komandamız ardıcıl hücumlar qursa da, nəticəsizdi
20`- `Rəvan` ilk dəfə qol vurmağa yaxın olsa da, Pelu zərbə vurmağa gecikir
25`- Oyunda hələ də hesab açılmayıb
29`- Oyunda ən real qol şansı... Əfranın başla qapıya doğru zərbəsi, lakin qapıçı zərbəyə fantastik reaksiya verir
31`- Rəşad Sadıqov cərimə zərbəsini yeinə yetirir... Lakin top qapıdan çox az fərqlə aralı keçir
33`- `Rəvan` hücumu... Reisin qapıya doğru zərbəsi və qapının üstündən keçir
34`- `Qarabağ` hücumu.. Vüqarın qapıya doğru zərbəsi, qapıçı topu dəf edir
35`- `Rəvan`da ilk oyunçu dəyişikliyi... Hüseyn İsgəndərovu Fərid Həşimzadə əvəzləyir
37`- Hücumumuz... Lakin Vüqarın zərbəsi qapıçıda qalır
39`- Daha bir hücum... Əfranın qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
41`- Növbəti təhlükəli hücum... Roşa qapıçı ilə təkbətək qalır, lakin o qapıya zərbə endirə bilmir
45`- İlk hissəyə 1 dəqiqə əlavə olunur
45+1`- İlk hissə bitir
46`- İkinci hissəyə hər iki komanda sürətli başlayıb
48`- Roşa qapıçı ilə təkbətək qalsa da, topa dəqiq zərbə endirə bilmir. Lakin hücum davam edir, vüqarın təkrar qapıya doğru zərbəsi və top qapıçıdan dönür
51`- `Qarabağ` hücumu... Əfranın əlverişli mövqədən qapıya doğru zərbəsi, lakin top müdafiəçilərdən dönür
55`- Növbəti hücum... Rəşanın qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir
60`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Əfranı Rauf Əliyev əvəzləyir
61`- Komandamızın hücumu... Vüqar irəliləyir, onun qapıya zərbəsi qeyri dəqiq olur
64`- Daha bir hücum... Adamiya bu dəfə də qapıçını keçə bilmir
68`- Telinin başla qapıya doğru zərbəsi, lakin zərbə zəif olur
70`- `Qarabağ`da oyunçu dəyişikliyi... Aqollini İlqar Qurbanov əvəzləyir
75`- İlqar Qurbanovun sağ cinahdan Roşaya ötürməsi, Roşanın qapıya doğru zərbəsi və top qapıdan keçir. Qooool!
77`- Roşa cərimə zərbəsini yerinə yetirir, lakin top qapıdan aralı keçir
83`- `Qarabağ` hücumu... Roşanın qapıya doğru zərbəsi, lakin top dirəkdən dönür
85`- `Qarabağ` hesabda 1-0 öndədir
88`- Təhlükəli `Qarabağ` hücumu... Roşanın qapıya zərbəsi, müdafiəçi son anda topu boş qapıdan qaytarır
90`- Oyuna 3 dəqiqə əlavə olunur
90+3`- `Rəvan` hesabı bərabərləşdirir və Hakim oyunun bitirir