`Rəvan`da 2-ci istefa
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
6 Fev 2012
`Rəvan`da 2-ci istefa
`Rəvan` rəhbərliyi komandanın baş məşqçisi Vyaçeslav Qədirovu istefaya göndərib. Onun yerinə sabiq çalışdırıcı Bəhmən Həsənov təyin olunub. Amma yaxın günlərdə yeni baş məşqçinin adına aydınlıq gələcəyi gözlənilir.
Xatırladaq ki, bu cari mövsüm baş tutan 7-ci baş məşqçi dəyişikliyidir. Artıq bir dəfə istefaya göndərilən Həsənovdan başqa rumıniyalı Mirça Rednikin `Xəzər Lənkəran`dan, ingilis Toni Adamsın `Qəbələ`dən, Elxan Abdullayevin AZAL-dan, Mehman Allahverdiyevlə Mirbağır İsayevin `Kəpəz`dən gedişi reallaşmışdı. Mövsüm startında isə `Neftçi`də Arif Əsədovu Böyükağa Hacıyev əvəzləmişdi.