`Rəvan`la `Dalğa-Arena`da

single-news
22 Avq 2012

`Rəvan`la `Dalğa-Arena`da



`Qarabağ`ımız premyerliqanın IV turunda qarşılaşacağı `Rəvan`la oyunun hazırlıqlarını davam etdirir. `Sumqayıt` üzərində 6:1-lik qələbədən sonra komandamızın baş məşqçisi Qurban Qurbanov komandaya 1 günlük bayram istirahəti vermişdi. Artıq hazırlıqlara start verən komandamız gündə 1 dəfə məşqlərini Suraxanı stadionunda keçir. Sonuncu oyunda qırmızı vərəqə alan Qara Qarayev `Rəvan`la oyunu buraxacaq.
Qeyd edək ki, `Qarabağ` - `Rəvan` oyunu Avqustun 24-də 20:00-da Mərdəkanda, `Dalğa-Arena`da baş tutacaq. 

Paylaş

// pop up